Sərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü oldu

media-hightechnic-468x90

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Yenicag.az xəbər verir ki, 2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub.

ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kiloqram) Əşrəf Aşırov (79 kiloqram) gümüş, Kənan Heybətov (70 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram) və Vaxit Qalayev (125 kiloqram) isə bürünc medal qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa