Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi

media-hightechnic-468x90

ADP sədri Sərdar Cəlaloğlu 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, qərarda deyilir:

“ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm.

Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600