Serdar Kılıçın sürpriz İRƏVAN SƏFƏRİ – Ankaranın Bakı ilə bağlı tələbi NƏDİR?

media-hightechnic-468x90

“Türkiyə müəyyən şərtlər əsasında Ermənistanla münasibətləri müəyyən qədər normallaşdıra bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Analitik Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıçın İrəvana getməsini şərh edib.

S. Hümbətovun sözlərinə görə, 3 ildən çoxdur ki, Ermənistanla rəsmi danışıqlarda iştirak edən Serdar Kılıçın Ermənistana səfəri Türkiyə və Ermənistan münasibətlərinin qurulmasını hədəfləyir:

“Amma bir məsələ də var ki, Azərbaycanın razılığı olmadan bu münasibətlərin qurulacağını düşünmək qeyri-realdır. Ona görə ki Azərbaycan razılıq vermədən Türkiyə indiyəcən heç bir halda Ermənistanla əlaqə qurmayıb. Ermənistan-Türkiyə sərhədlərinin bağlanmasının da kökündə Azərbaycanın ərazilərinin işğal olunması durur. Ona görə də biz bu məsələyə bir az fərqli yanaşmalıyıq. Ermənistan Türkiyə ilə münasibət qurmaq istəyirsə, ilk növbədə, Azərbaycanla münasibətləri düzəltməlidir. Türkiyə isə Ermənistanla münasibət qurmaq istəyirsə, Azərbaycanın razılığı nəzərə alınmalıdır və alınacaq da. Ona görə də düşünürəm ki, müəyyən bir sərhəd çərçivəsində bu münasibətlər qurula bilər. Sərhədlər açılacaqsa da, tam açılma yox, müəyyən bir razılaşdırılmış sərhədlərin məhdud açılmasından söhbət gedə bilər. Bu da Azərbaycanın razılığı ilə gerçəkləşə bilər”.

Politoloq qeyd edib ki, Türkiyə Ermənistana münasibətlərin normallaşmasında Azərbaycanın razılığı ilə jest edə bilər:

“Əgər burda əsas məqsəd bölgəyə sülhün gəlməsidirsə, burada Ermənistan maraqlı olmalıdır. Ola bilər ki, Türkiyə Ermənistana tələb qoysun ki, əlaqələri qura bilərik, amma Azərbaycanla münasibətləri normallaşdır, sülh müqaviləsini imzala, ondan sonra əlaqələr qurulsun. Bu tələbləri Türkiyə Ermənistan qarşısına qoya bilər, hətta məyyən bir jest də edə bilər. Necə ki, Pakistan Ermənistanla əlaqələri qurmaq üçün Azərbaycanın razılığı ilə jest etdi, eyni formada Türkiyə də bunu edə bilər, amma bundan daha irəli gedib Ermənistanla tamamilə münasibətlər, diplomatik əlaqələr qura – bu, inandırıcı görünmür”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa