“Sərəncamdan xəbərim yox idi”

media-hightechnic-468x90

cavanshir df (1)“Artıq bir aya yaxın idi ki, sədrlə münasibətlərimiz korlanmışdı. Buna görə də bilirdik ki, bizi vəzifəmizdən azad edəcək”.

Bunu bu gün prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini Cavanşir Cahangirov deyib.

Onun sözlərinə görə, işdən çıxarılacağını təxmin etsə də, verilən sərəncamla bağlı xəbəri olmayıb: “Sərəncamdan xəbərim yox idi, bu haqda iş yoldaşlarımdan eşitdim”.

Qeyd edək ki, bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin sərəncamı ilə sədrin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev işdən azad ediliblər.

AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edilib. Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini olub(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600