Sergey Lavrov Rusiyanın Ermənistanda yerləşən hərbi bazası ilə bağlı açıqlama verdi

media-hightechnic-468x90

“Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi müqaviləyə uyğun olaraq həyata keçirilir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə söhbətlər təhlükəlidir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair eksklüziv müsahibəsində deyib.

“Biz 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri təhlükəli hesab edirik. Bazanın orada yerləşdirilməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb və ilk növbədə milli maraqlara və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə dövlətlərimizin ümumi məqsədlərinə əsaslanır”, – deyə nazir bildirib.
Xatırladaq ki, 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıblar. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.

Mənbə: TASS

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05