!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd insidentinin zədələdiyi NİZAMLAMA PROSESİ: “Fransa ilə Avropa İttifaqının missiyasının...”

!Reklam – Yazi

“Baş verən təxribatlar fonunda Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə ciddi zərbə vuruldu”.

Bu fikirləri Ermənistanın ötən gecə Azərbaycanla sərhəddə törətdiyi insidentin nizamlama prosesinə mümkün təsirini şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhəddə baş verən qarşıdurma Ermənistanın düşünülmüş və məqsədli təxribat strategiyasının davamı idi:

“Azərbaycan uzun müddətdir, Ermənistanı sülh danışıqlarına sövq edir. Sərhəddəki son insident də birmənalı olaraq, İrəvanın silahlandırılmasının nəticəsidir. Xüsusilə, Avropa İttifaqı mülki missiyasının sərhədlərdə müşahidə apardığı bir dövrdə belə halın baş verməsi heç də təsadüfi deyil. Bu təxribatla Ermənistan sülh və etimad quruculuğu prosesinə böyük zərbə vurdu.

Ermənistan delimitasiya və demarkasiya işlərinin uzadılmasında hər zaman maraqlı olaraq, Azərbaycanla sülh danışıqlarında qarşılıqlı razılaşmanın əldə olunmasına da problemlər yaradıb. Son dövrlər baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan hökumətində təmsil olunan fiqurların verdikləri təxribatçı açıqlamalar vəziyyətin bu həddə qədər gərginləşməsinin əsas səbəbidir. Baş verən təxribatlar fonunda Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə ciddi zərbə vuruldu.

Bu isə beynəlxalq aktorların maraqlarına uyğundur. Fransa ilə Ermənistandakı Avropa İttifaqının missiyası adı altında fəaliyyət göstərən casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Bununla da özünün fəaliyyət missiyasının yarımçıq olduğunu göstərdi. Həmçinin Ermənistan kimi bir dövlətlə sülh şəraitində yaşamağın hələ ki qeyri-mümkün olduğu bir daha özünü qabarıq göstərdi”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv