Sərhəddə HƏRƏKƏTLİLİK: “Böyük müharibə ehtimalı olmasa da...”

media-hightechnic-468x90

“Ermənistanın təxribatları toqquşma ehtimalını artırır”.

Bu sözləri şərti sərhəddə atəşkəsin pozulması, Ermənistan tərəfinin Azərbaycanı ittiham etməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq aləmdə Azərbaycanı günahkar çıxarmaq niyyətindədir:

“Ermənistanda tərəfi iddia edir ki, Azərbaycan erməni yaşayış məntəqələrini atəşə tutur. Bu yalan və hətta mümkün olmayan bir məsələdir. Azərbaycan ordusu 2022-ci ilin sərhəd toqquşmaları zamanı istəsəydi, erməni yaşayış məntəqələrini götürə bilərdi, ancaq bunu etmədi. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı Azərbaycan ordusu yaşayış məntəqələrini, əhalini vurmadı. O zaman əldə fürsət və imkanlar olduğu halda etməyən ordunun indi yaşayış məntəqələrinə atəş açması inandırıcı deyil”.

Hərbi ekspert hesab edir ki. Ermənistan tərəfi şərti sərhədə silah-sursat cəmləyir, bundan əlavə, orada şəxsi heyətin sayını da artırır:

“Ancaq Azərbaycan tərəfi bu addımı atmır. Eləcə də Ermənistanda müxalif düşərgə, ümumiyyətlə, erməni cəmiyyəti revanşist hisslərlə yaşayır. Təxribat törədib, daha sonra öz etdiklərini Azərbaycanın üzərinə atmaqla beynəlxalq aləmdən özlərinə dəstək toplayırlar, Azərbaycanı isə zərbə altına salmaq istəyirlər. Əgər Ermənistan bu formada davam edəcəksə, Azərbaycan tərəfi baş verənləri cavabsız qoymayacaq. Böyük müharibə ehtimalı olmasa da, Ermənistanın təxribatları toqquşma ehtimalını artırır”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600