!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhədi pozmağa çalışan şəxsdə külli miqdarda narkotik aşkarlandı

!Reklam – Yazi

Avqust ayının 26-da saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 03:40-da sərhədboyu ərazidə gizlin yerdən naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Balakişiyev Zeynalabdin Fəxrəddin oğlu olması müəyyənləşdirilib, şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram marixuana və 3 kq 630 qram tiryək) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv