Sərnişin avtobus sürücüsünü xəstəxanalıq etdi – Bakıda
Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.
Yenicag.az xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.
118B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib.
Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mübahisənin səbəbi hələ ki məlum deyil.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.