Sərnişin avtobusu ağır qəza törətdi
Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən “Daewoo” markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobus qəza törədib. Qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Bundan başqa avtobus bir ağacı da aşırdıb.
Hadisə yerinə gələn Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə sakinlər arasında narazılıq yaranıb.
İnsidentə səbəb qəza edən avtobus sürücüsünün hadisə yerindən qaçması, bundan sonra isə DYP əməkdaşlarının isə zədələnən avtomobillərin cərimə meydançasına aparmaq cəhdi olub. Sakinlər onlara məxsus avtomobillərin yol kənarında dayandığı halda vuraraq qaçan avtobus sürücüsünün hadisə yerinə gəlməsini tələb ediblər.
Əks təqdirdə DYP-nin məsələnin aydınlaşdırılması üçün avtomobillərinin cərimə meydançasına aparılmasına imkan verməyəcəklərini bildiriblər.