Sərnişin avtobusu dörd maşını əzib-Fotolar
Bakıda sərnişin avtobusu dörd avtomobilə toqquşub.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, yol qəzası Nərimanov prospektində qeydə alınıb.
83 saylı xətt marşrutu üzrə hərəkət edən 90-MO-168 dövlət nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu idarə etməni itirərək yol kənarında dayanan üç “Mercedes” və 19-BB-694 dövlət nömrə nişanlı “QAZ-24” markalı avtomobillərə çırpılıb.
Qəzada xəsarət alan olmayıb.