Sərnişin avtobusu yanıb

media-hightechnic-468x90

hbujhijikİranda növbəti dəfə sərnişin avtobusu yanıb.

media-banner_tuq

Hadisə iyunun 24-də Bakı vaxtı ilə günorta saat 14:15-də İranın Sistan və Bəlucistan vilayətində, İranşəhr şəhərinin 65 kilometrliyində olub.

Zahidandan Çabahara hərəkət edən və içərisində 40 sərnişin olan “Scania” markalı avtobusun motorunda yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan təxliyə edilib, ölən və xəsarət alan olmayıb. Ancaq avtobus tamamilə yanaraq sıradan çıxıb.

Qeyd edək ki, İranda “Scania” markalı avtobuslarda yanğın artıq bir neçə dəfədir baş verir və bu da həmin maşınlarda texniki nasazlıq olduğunu göstərir. Hətta ölkədə bunun araşdırılması üçün komissiya da yaradılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05