Sərnişin helikopteri qəzaya uğradı - Ölənlər var

media-hightechnic-468x90

Nigeriyanın Rivers əyalətində sərnişin helikopterinin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.

Yenicag xarici mediaya istinadən xəbər verir ki, 8 nəfərin olduğu helikopter Rivers ştatının paytaxtı Port Harkortdan havaya qalxdıqdan sonra Bonni Finima yaxınlığında Atlantik okeanına düşüb.

Rivers Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Qreys İrinqe-Koko bildirib ki, Rivers əyalətində qəzaya uğrayan helikopterdə ölənlərin sayı 8-ə çatıb.

Bildirilib ki, helikopter qəzası ilə bağlı araşdırmalar davam edir.

İsmayıl Bakuvi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600