Sərnişin taksi sürücüsünü bıçaqlayıb-Fotolar

media-hightechnic-468x90

hhhhhCəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Cəlilabad rayon sakini, 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımi ünvana aparıb. Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qaytararaq, ondan avtomobili digər istiqamətə sürməyi tələb edib. Bu zaman avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov yanacaq almaq üçün sərnişindən gediş haqqını tələb etdikdə, onlar arasında mübahisə yaranıb. Bu zaman “Qara” ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirərək aradan çıxıb.

Zərərçəkmiş E.Cəfərov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət hadisəsini törətmiş şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600