Sərnişinlə dolu metro qatarı tuneldə qaldı-Bakıda

media-hightechnic-468x90

64205Bakı metrosunda problem yaranıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, “Sahil”dən “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb.

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar “İçərişəhər” əvəzinə “Sahil” stansiyasına qayıdıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  məsələyə aydınlıq gətirib. O bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb:

“Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb”, – deyə N.Paşayev əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa