!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlərin nəzərinə: Bu 131 avtobus gecikir - SİYAHI

!Reklam – Yazi

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlara olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm 44 marşrut xətti üzrə 131 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 14-18 dəqiqə gecikmə müşahidə olunur.

2. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.

3. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 7-8 dəqiqədir.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-12 dəqiqə gecikmə müşahidə olunur.

5. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 gecikmə müşahidə olunur.

6. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.

7. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

8. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

10. Xocalı prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

11. Afiyəddin Cəlilov – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.

12. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.

13. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv