Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin rəisi Məhəmmədhüseyn Bəlaği teatrlarda Azərbaycanın milli rəqslərinin qadağan edildiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Təbriz səsi” məlumat yayıb.
Onun sözlərinə görə, teatrlarda sənət əsərləri çərçivəsində müxtəlif fəaliyyətlərə icazə verilir, ancaq Azərbaycan rəqslərinin nümayiş etdirilməsi mümkün deyil.
Bu qərar sənət adamları və mədəni fəallar tərəfindən geniş reaksiyalarla qarşılanıb və bəziləri bunu bölgənin mədəni kimliyinə təhlükə hesab edib./axar.az
www.yenicag.az