!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərqin ən gənc, güclü və sevilən hökmdarı: “Şah İsmayıl Xətai bizə üç əmanət qoyub gedib”

!Reklam – Yazi

 

“Bu gün bir çoxları bilməsə də, Azərbaycanın üçrəngli bayrağının ideoloji mənbəyi Şah İsmayıl Xətainin dövlətçilik prinsiplərinə söykənir. Bu, sadəcə, bir bayraq deyil, bu, Azərbaycanın inkişafının düsturudur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şah İsmayıl Xətainin dövlətçilik, düşüncə və dünyagörüşü haradan qaynaqlanması haqda danışan tarixçi Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir:

“Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhər salmağa meyilli və ən əsası qeyri adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən “qurban olduğum, sadağa olduğum Pirim, Mürşidim” sözlərini deyirdi. 17 iyul 1487-ci ildə Ərdəbildə Şeyx Heydərin ocağında ikinci övlad dünyaya gəlir. Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi adlanan bu körpə sonradan Şərqin ən gənc, güclü və sevilən hökmdarı olan Şah İsmayıl olacaqdı. Bu gün bir çoxları bilməsə də Azərbaycanın üç rəngli bayrağının ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirliyi; şəriətin əsasında qanunlar yaradaraq – dindarlığı”.

Z.Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının və 1918-1920-ci illərdə mövcud olmuş ADR-in dövlət bayrağındakı Ay-Ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət bayrağında rast gəlindiyini bildirərək, bu rəmzlərin Azərbaycan bayrağına Osmanlı dövlətinin dövlət atributlarından keçdiyini söyləyirlər:

“Səfəvilər dövlətinin qurulması ilə üzərində Aypara və səkkizguşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Şah İsmayıla “Türki-tacidar” deyə xitab edirdilər. Şah İsmayılın dövləti Səfəvilər dövləti tarixdə qurulan ən türkçü dövlətlərdən biri idi. Hətta Səfəvilər dövlətinə Turanı diriltməyə çalışan Əfrasiyab nəsli deyilirdi. Şah İsmayıl öz əsərlərini türkcə yazıb və əsərlərində türkü mələyə bənzədib. Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə heyran etmişdir və bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşmışdır. Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərmiş, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb. Onun dövlətçilik düşüncə və dünya görüşü barədə ömrünün son anlarında oğlu Təhmasibə vəsiyyətində görmək olar: “Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim – müharibə olmasın, dedim, olmadı. Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb… Ömrün son günlərini yaşayıram… Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa – onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz-can sizin can onlar əmanəti!”.

Tarixçi onun sonraki dövrlərdə Azərbaycan dövlətinin qurulmasında olan rolundan da bəhs edib:
“Şah İsmayıl Səfəvi Xətai – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl Səfəvi Xətai dahi strateq idi. Öz qoşünlarını 12 İmamın eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər. Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb. Şah İsmayıl Səfəvi Xətai – ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.Şahımızı hazırlayan ağsaqqalar və törəni qoruyan qüvvələr Osmanlı və Səfəvi İmperatorluqlarını birləşdirərək vahid TÜRK dövləti yaratmaq barədə anlaşıblar. Bu anlaşma hazırda Türkiyədə saxlanılır və yazıq ki, onu üzə çıxartmaq bu gün qeyri mümkündür. Yeni vahid TÜRK dövlətinin paytaxtı Təbriz olacaqmış. II Bəyazitlə Şah İsmayıl arasında sonradan imzalanan bu anlaşma şərqin coğrafiyasında vahid bir Türk dövlətinin olacağına imkan yaradacaq idi. Fikrimizi təsdiq etmək üçün 1512-ci ilə kimi Osmanlı sultanı II Bəyazitə yazdığı bütün məktublara baxmaq kifayətdir. Sultana məktublarda Şah İsmayıl, “hörmətli atam” deyə başlayırmış. II Bəyazit isə məktublarında ona “oğlum” deyə müraciət edirmiş. Hətta Şeybani xanın üzərinə o, II Bəyazitin məsləhəti ilə getmişdi ki, gələcək Türk İmperiyasının ərazisin təhlükəsiz etsinlər. Lakin bu plan Vatikan və ona xidmət edən Roma cəngavərləri adlanan qurum tərəfindən pozuldu. Nəticədə Sultan Səlim taxta gətirildi və Vahid Türk Dövləti ideyası məhv edildi”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv