Sərtab Erənər konsert gəlirini ağac əkilməsi üçün ianə etdi

Türkiyənin məşhur müğənnisi Sərtab Erənər davranışı ilə adından söz etdirməyi bacarıb.

Yenicag.az xəbər verir ki, Sərtab Erənər “İnstagram” hesabından etdiyi paylaşımda son konsert proqramından əldə etdiyi gəliri meşələrin yenidən canlandırılması üçün ianə etdiyini bildirib.

Sərtab Erənər növbəti konsertindən də əldə edəcəyi gəliri eyni məqsədlə xərcləyəcəyini açıqlayıb.

53 yaşlı sənətçinin bu davranışı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.