Şərti sərhəddə atəş səsləri KƏSİLMƏK BİLMİR – İrəvan yeni müharibə ARZUSUNDADIR?

media-hightechnic-468x90

“Sahəyə baxanda sanki Ermənistanın müharibəyə hazırlaşdığının şahidi oluruq”.

Bu sözləri Ermənistan tərəfinin atəşkəsi pozması, şərti sərhədə qoşun cəmləşdirməsi və yeni silahlar almasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda kənar qüvvələrin sifarişini yerinə yetirir:

“Atəşkəsin pozulması sülhün uzadılmasına xidmət edir. Ermənistan sülh müqaviləsindən yayınmaq və regionda maraqlı dövlətlərin marağına xidmət etmək üçün müəyyən addımlar atır. Ermənistan gərginliyin artmasında maraqlı görünür”.

“Bundan əlavə Ermənistan müharibəyə hazırlaşırmış kimi addımlar atır. Hindistandan hətta helikopterlər və təyyarələr almaq niyyətindədir. Azərbaycan tərəfi də boş durmur və adekvat silahlar alır. Ermənistan aviaparkını nə qədər yeniləməyə çalışsa da, Azərbaycan səviyyəsinə gəlib çatması mümkün deyil. Ancaq Ermənistanın atdığı addımlar onu deməyə əsas verir ki, gərginlik bir qədər də artacaq. Ermənistanın rəsmi açıqlamaları ilə sahədə etdikləri bir-biri ilə uzlaşmır. Sahəyə baxanda sanki Ermənistanın müharibəyə hazırlaşdığının şahidi oluruq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600