Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şərurlu İsfəndiyar mülkiyyətçiləri üsyana təhrik edir - FOTO

“Şərur” MTK-nın qanunsuzluqlarından bezən mülkiyyətçilər aksiya üçün BŞİH-nə müraciət edib.

Bakı Şəhari, Xətai rayonu, Gəncə Prospekti, 2980-2981-ci məhəlləsinin bir qrup sakini “Şərur” MTK-nın (Universal Service MTK) uzun müddətdir (sahə mülkiyyətçiləri) mülkiyyət hüquqlarını kobud sakildə pozduğunu, bununla bağlı BŞİH daxil olmaqla müxtəlif instansiyalara yazdıqları müraciətin nəticəsiz qaldığını əsas götürərək piket keçirmək qərarına gəliblər.

Yenicag.az xəbər verir ki, narazı mülkiyyətçilər BŞİH-nın başçısına müraciət ediblər.

Müraciətdə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst Toplaşmaq Haqqında Azerbaycan Respublikası Qanunu”nun müvafiq maddələrinin verdiyi hüquqlar çərçivəsində aşağıda qeyd edilən ünvanlarda bir qrup sakinin Piket keçirmək istəyini ifadə edir və bununla bağlı təhlükəsizliyimizin təmin olunması üçün müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik.

Piketin keçirildiyi ünvanlar:

1. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 1. – “Şərur” MTK-nın ofisinin qarşısı

2. Səbail rayonu İstiqlaliyyət küçəsi 6. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı

3. Səbail rayonu N.Rəfibayli küçəsi 7. Respublika Prokurorluğunun qarşısı

4. Xətai rayonu Gəncə Prospekti, 2980-2981 ci məhəllə

Səsləndiriləcək şüarlar:

“Mülkiyyət huquqlarımız təmin olunsun!”, “Şarur” MTK rəhbərliyinin qanunsuz əməllərinə son qoyulsun”, “Şərur” MTK bizdən əl çək”, “Çıxarışımızı verin”.

Qeyd edək ki, piketin keçirilmə tarixi 25 iyun 2020-ci il, saat 15.00-a nəzərdə tutulub.

www.yenicag.az

1272