Səssizliyin ŞİFRƏSİ: Müctəba Xameneinin aqibəti niyə gizli saxlanılır?

media-hightechnic-468x90

“İran rəsmilərinin ziddiyyətli və qeyri-müəyyən açıqlamaları Müctəba Xameneinin taleyi ilə bağlı şübhələri daha da dərinləşdirir”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib.

O, İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xameneinin Rusiyada olması və səhhətinin vəziyyəti ilə bağlı yayılan iddiaları şərh edib.

Şərhçi xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneinin Moskvada müalicə alması ilə bağlı sualı cavablandırarkən konkret mövqe sərgiləməkdən yayınıb:

“Əslində, Kremlin sözçüsü bu iddialara birmənalı münasibət bildirə bilərdi. Lakin verilən qeyri-müəyyən cavab Müctəba Xameneinin Moskvada olması ilə bağlı şübhələrin daha da artmasına səbəb olur. İddialara görə, Müctəba Xamenei fevralın 28-də atası Əli Xamenei ilə birlikdə İsrailin hava zərbələri nəticəsində yaralanıb. Bu məlumatlar fonunda onun təhlükəsizliyinin təmin olunması və idarəçilik qabiliyyətini qoruyub-saxlaması müzakirə mövzusuna çevrilib”.

Sədrəddin Soltanın sözlərinə görə, İran rəhbərliyinin susqunluğu və ya ziddiyyətli açıqlamaları ictimai rəydə ciddi suallar doğurur:

“Əgər Müctəba Xamenei sağdırsa və ölkəni idarə etmək qabiliyyətindədirsə, o, ən azı bir neçə dəqiqəlik canlı müraciətlə xalqın qarşısına çıxa bilərdi. Məhz bunun baş verməməsi səbəbindən onun vəziyyətinin ağır olduğu, hətta fiziki olaraq mövcud olmadığı barədə müxtəlif şayiələr yayılır. Bu şayiələrin geniş yayılmasına İran rəsmilərinin qeyri-dəqiq bəyanatları birbaşa təsir göstərir”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05