!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı Avropanı hədələdi – Ən çox zərər çəkən Fransa olacaq

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı G7-ni Rusiyanın dondurulmuş aktivlərinin müsadirə ediləcəyi təqdirdə Avropa qiymətli kağızlarından qurtulacağı ilə hədələyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Mənbələr bildirir ki, Ər-Riyad birbaşa olaraq hansı ölkələrin qiymətli kağızlarının risk altında olduğunu açıqlamasa da, Fransanın ən çox zərər çəkəcəyi ehtimal edilir.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanında qiymətli kağızlar bazarını çökdürmək üçün kifayət qədər Avropa istiqrazları yoxdur, lakin Avropadakı rəsmilər digər ölkələr Ər-Riyadı izlədikdə “domino effekti”ndən qorxurlar.

Avropa qiymətli kağızlarının “dempinqi” nəticəsində Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra artıq itkilərə məruz qalan Avropada genişmiqyaslı böhrana səbəb olacağından ehtiyat edilir. Lakin buna baxmayaraq, qlobal cənub Rusiyaya dəstək olmağa davam edir.

Rafi Müslümov

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv