!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanından OPEK-ə SÜRPRİZ: Ər-Riyad gündəlik hasılatı niyə azaltdı?

!Reklam – Yazi
Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını azaltmaq qərarı OPEK üzvləri üçün gözlənilməz olub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı OPEK+ formatının iyunun 4-də keçirilən toplantısında gündəlik neft hasilatını 1 milyon barrel azaltmaqla bağlı birtərəfli qərar qəbul edib.
Məlumata görə, Səudiyyə rəhbərliyi müzakirəyə çıxarmadığı bu planını məxfi saxlayıb. OPEK ölkələri və Rusiya Ər-Riyadın bu qərarından toplantıdan sonra baş tutan mətbuat konfransında xəbər tutub.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman ölkəsinin bu addımını bazarın sabitləşdirilməsinin zəruriliyi ilə əsaslandırıb. O, bu qərarın məxfi saxlanmasının “qərarlarının əvvəldən “oxuna bilinməməsi” istəyi ilə izah edib.
Bununla belə, Səudiyyə Ərəbistanının bu qərarı bazara çox da təsir göstərməyib. “Brent” markalı neftin etalon növünün bir barrelinin qiyməti hələ də 80 dollardan aşağıdır.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv