Səudiyyə şahzadəsi 90 min avroluq eksklüziv pornofilm sifariş edib

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü Səud Al Feysal eksklüziv pornofilmlərin çəkilişi üçün fransız şirkətinə 90 min avro vəd edib.

Yenicag.az bildirir ki, bu haqda “The Local” məlumat yayıb.

Nəşrin yazdığına görə, ölkənin sabiq xarici işlər naziri və 2015-ci ildə vəfat etmiş Səud Al Feysal “SARL Atyla” şirkətindən sifariş etdiyi “böyüklər üçün film”ə görə ödənişdən yayınıb.

Bununla bağlı şirkət bildirib ki, kral ailəsi məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacaq.

Zaur H.

COP29