Neft tədarükçülərinin taleyi təhlükə ALTINDA: ABŞ-ın qərarı nəyə səbəb OLACAQ? - VİDEO
“Artıq ABŞ diplomatik bəyanatlarla deyil, sahəyə göndərdiyi döyüş gəmiləri və təyyarələri ilə geopolitikasını formalaşdırmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasıda Türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.

O, Vaşinqtonun Venezuela Prezidenti Nikolas Maduro hökuməti üzərinə təzyiqi artırmaq məqsədilə əlavə tankerlərə əl qoymağa hazırlaşmasının mümkün nəticələrini şərh edib.
Siyasi şərhçi bildirib ki, ABŞ-nin əlavə tankerlərə yönəlik həyata keçirəcəyi əl qoyma həmləsi təkcə Venesuela və ABŞ arasında deyil, dünya enerji bazarında da gərginliyə səbəb olacaq.
“Venesuela dünyanın ən önəmli neft tədarükçülərindən biridir. Karib dənizində bu neft embarqosu və tankerlərə əl qoyma sadəcə Venesuelanı deyil, bütün dünyanın enerji təchizatını, neft təchizatını təsir edəcək bir addımdır”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov












