Səudiyyə təyyarəsi vuruldu-Foto

media-hightechnic-468x90

74309Səudiyyə Ərəbistanı HHQ-nin F-16 qırıcısı Yəmənin paytaxtı Səna yaxınlığında vurulub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə yerli “Yemen Post” qəzeti öz tvitter səhifəsində bildirib.

Nəşrin məlumatına görə, qırıcının pilotu tapılmayıb. Husilər təyyarənin düşdüyü yerdə 2 partlamamış bomba tapıb.

Nəşr eləcə də hadisə yerindən şəkillər də yayıb. Şəkillərin birində təyyarənin yanan hissələri, digərində isə qırıcının “Səudiyyə Ərəbistanı krallığının Hərbi Hava Qüvvələri” yazılan hissəsi göstərilir.

Qırıcının düşməsi barədə rəsmi məlumat hələ ki, yayılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600