Səudiyyə və İran arasında gərginlik

media-hightechnic-468x90

87951Səudiyyə Ərəbistanı mülki aviasiyası göyərtəsində 260 zəvvar olan İran təyyarəsini ölkənin hava məkanına buraxmaqdan imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dövlət agentlikləri xəbəb verir.

Zəvvarlarla dolu təyyarənin Səudiyyə hava məkanına buraxılmamasının səbəbi isə bununla izah olunur ki, İran tərəfi zəruri prosedurları yerinə yetirməyib.

“İran İslam Respublikasının təyyarəsinin operatoru uçuşla bağlı məruzə edərək təyyarənin növü, onun qeydiyyatı və digər tələb olunan sənədlər barədə məlumat verməlidir. Bütün bunlar isə sərnişinlərin təhlükəsizliyini sığortalamaq üçündür”, – deyə dövlət agentliklərinin məlumatına bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran arasında münasiblətlər Yəməndə yaranmış böhranla əlaqədar soyuyub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa