Sevdanın gizli biznesi üzə çıxdı: “9 il bu işlə məşğul oldum”

media-hightechnic-468x90

Tanınmış müğənni Sevda Əliqızının gizlin biznesi üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə müğənni özü açıqlamasında deyib. O, bu işlə məşğul ola-ola həm də müğənni kimi fəaliyyət göstərdiyini açıqlayıb:

“2003-cü ildən 2012-ci ilə qədər yeni tikili binalardan ev alırdım, təmir etdirirdim və içinə mebellərdə alıb, sonra satırdım. Bu bizneslə məşğul olurdum. Eyni zamanda da müğənnilik edirdim. Gördüm ki, bu iş mənlik deyil. İnsan gərək bir işlə məşğul olsun. Ev alıb-satsam da, maddi xeyrini görmürdüm. Təzədən yeni ev alırdım ki, nəsə xeyir görüm, amma əksinə olurdu. Pul qalmırdı mənə, buna görə də bu işdən uzaqlaşdım”.

Qeyd edək ki, Sevda pandemiya dönəmində toylara qadağa qoyulduğuna görə, maddi dolanışıq üçün şirniyyat bişirib satırdı.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600