!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgi oyunu, ruhsal dinclik, yoxsa? - Kişilər niyə xəyanət edir? - Psixoloqdan İLGİNC SƏBƏB

!Reklam – Yazi

“Ailəli olduğu halda başqa qadınla görüşməsini normal həyat tərzi kimi qəbul edən kişilər də var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış psixoloq Ülviyyə Murtuzova “Kişilər niyə xəyanət edir” sualını cavablandırarkən deyib.

O, qadınların kabusuna çevrilən xəyanətin səbəblərini açıqlayıb və əri tərəfindən xəyanətə uğrayan qadınlara çıxış yollarını göstərib:

““Kişilər niyə xəyanət edir” sualına konkret cavab vermək düzgün deyil. Bu, hər kəsin fərdi, kimlik xarakterinə bağlıdır. Araşdırma aparsaq və sorğu keçirsək, bir qisim kişilərin cavabı belə olacaq: sevmədən, ailəmin təpkisi və istəyi ilə evləndim, sonradan sevgimə rast gəldim, onunla yaşayıram. Amma məsuliyyətə görə boşanmıram. Həm ailəmə baxıram, həm də sevdiyimə. Bəzi kişilər “kişi gəzər” deyib, bunun üzərindən keçir. Hətta ailəli olduğu halda başqa qadınla görüşməsini düzgün həyat tərzi kimi qəbullanan kişilər də var. Onlar ailədə olan problemlərdən, dava-dalaşdan qurtulmaq üçün kənarda rahatlıq, ruhsal istirahət üçün özlərinə sevgili tapırlar. Əslində isə evdə olan münaqişələrin, rahatsızlığın da səbəbkarı elə kişidir. Kişi əgər bu problemlərin, söz-söhbətin həlli yolunu tapa bilmirsə, sivil qaydada boşanmalıdır ki, hər kəs öz həyatını yaşaya bilsin.

İstənilən halda, xəyanətin kökündə boşluq dayanır – istər mənəvi, istərsə də maddi boşluq. Əlbəttə, sosial təminatından məmnun olmadığı halda, kişiyə təpki göstərən qadınlar da var. Belə olan halda kişi özünü alçalmış, cılız hesab edir. Yəni “etdiyimin heç bir faydası yoxdur, mənə evdə dəyər verilmir, amma xırda bir diqqətə görə kənarda mənə dəyər verən qadın var, elə niyə onu seçimimi etməyim” yanaşması da var.

Psixoloq xəyanətə uğrayan qadınların psixoloji vəziyyətlərinin ağır olduğunu, bəzən hətta kişinin həyatına qəsd etməyə qalxdıqlarını təəssüf hissi ilə bildirib:

Xəyanətə uğramağın ağırlığını da hər qadın daşıya bilməz. O halda, qadın emosional çöküntü yaşayır. Bu durumda qadın emosiyaya qapılmadan, səbrlə, təmkinlə davranmalı, sakit vəziyyətdə əri ilə danışıb anlaşmalıdır. Deməlidir ki, əgər sən bu seçimi edirsənsə və seçimində qərarlısansa, belə davam edə bilməz, yollarımız ayrılmalıdır. Burada isterikaya düşmək, ərindən intiqam almaq üçün fantastik xəyallar qurmaq lazım deyil. Bunu faciəyə də çevirmək lazım deyil. Unutmayaq ki, faiz göstəricisi ilə xəyanətə meyllilik kişilərdə üstünlük təşkil edir. Sadəcə, qəbullana bilən fədakar qadınlar da var ki, hər şeyə rəğmən, ərinin xəyanətinə göz yumur, üzünə vurmur, ailə həyatını davam etdirir. Amma təəssüf ki, xəyanət uğrayan bəzi qadınlar eyni hissi qarşı tərəfə yaşatmaq üçün intiqam almağı, kişinin həyatını məhv etməyi, hətta onun həyatına qəsd etməyi düşünən qadınlar da var. Bu, doğru seçim deyil. Nəticə etibarı ilə həmin qadının özü və övladının həyatının məhvinə gətirib çıxaracaq”.

Cəvahir

COP29

www.yenicag.az

1614
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv