Sevgilisi müğənniyə at hədiyyə edib
Həyat yoldaşından boşandıqdan sonra Toğrul Odabaşı adlı şəxslə sevgi yaşayan tanınmış müğənni İşin Karaca qəribə hədiyyə alıb. Toğrul Odabaşı müğənni sevgilisinə at hədiyyə edib. Bildirilir ki, yaxın aylarda evlənməyi planlaşdıran cütlük atçılıq təsərrüfatı yaratmaq istəyir. Həm də jekoy olan Toğrul Odabaşının İşinə hədiyyə etdiyi atın adı ‘Vakıfhan’dır. O, daha əvvəl müğənniyə ‘Efes Ateşi’ adlı atı da hədiyyə etmişdi. Cütlük yaxın vaxtlarda daha bir at almaq üçün İngiltərəyə gedəcək.
Qeyd edək ki, İşin Karaca Türkiyə Jokey klubunda iki atı ilə birgə qeydiyyatdan keçib.
(arxiv.az)