Səxavət Əlisoy Müsavatdan çıxarılıb

media-hightechnic-468x90

f69fc6259f025769e2ac8f5a7edd17d7Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Müsavat başqanının müavini Elman Fəttah  açıqlamasında deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.

Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600