Şəxsi həyatın efirdə müzakirəsi nə qədər doğrudur? – Psixoloq rəyi
Şəxsi həyatın teleefirə çıxması, ictimailəşməsi insanların psixikasına necə təsir göstərir?
Hər gün televiziya verilişlərində insanların şəxsi həyatının müzakirəyə çıxarıldığının şahidi oluruq. Bir çoxlarımız hətta belə verilişləri böyük səbirsizliklə gözləyir və seyr edirik. Ancaq bunun cəmiyyət üçün nə dərəcədə neqativ amillər gətirdiyini heç düşünürükmü? Belə verilişlərə baxan yeniyetmə, uşaq, yaxud gənc ailə oradan hər hansı müsbət nələrsə götürə bilərmi? Bu suallara cavab tapmaq üçün psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanovaya müraciət etdik.
Lamiyə Qurbanovanın fikrincə, : “Hər kəsin bioloji və sosial varlıq kimi özünü təsdiqə ehtiyacı var. Şəxsiyyət kimi əməlləri və şəxsi keyfiyyətləri sayəsində özünütəsdiq etmiş insanlar üçün bu proses elə də əhəmiyyət kəsb etmir və təbii ki, razılıq olmadan onların şəxsi həyatının ictimailəşdirilməsi psixikaya neqativ təsir edir. Lakin, cəmiyyətdə layiqli status qazana bilməyənlər bu prosesə özünütəsdiq vasitəsi kimi yanaşırlar. Necə deyərlər: “islanmışın yağışdan nə qorxusu?”
Kamran/Yenicag