!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən SƏRT AÇIQLAMA: “Hansı nazirin övladı müharibədə vuruşdu, ya şəhid oldu?”

!Reklam – Yazi

“Bu gün o qazilərin, şəhidlərin hesabına torpaqlarımız işğaldan azad olundu. Yaralandılar, amma yenə də sağalmamış döyüşə yollandılar. Vətən üçün göz qırpmadan canlarını fəda etdilər. Onları göz bəbəyimiz kimi qorumalıyıq. Amma bu günlərdə bir hadisə barədə eşitdim, dəhşətə gəldim. Bir nəfər gənc azərbaycanlı oğlan internet vasitəsi ilə yaralı qazilərə ayrılan pulu mənimsəyib. Yəni bu elə rüsvayçı, utancgətirən bir hadisədir ki, sözlə ifadə oluna bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Əbdül Mahbmudbəyli deyib.

Xalq artisti qazi və şəzid ailələrinin yardımına göz dikən hər kəsə, o cümlədən məmurlara da səslənib:

“Əgər bir azərbaycanlı gənc torpaq uğrunda sağlamlığını qurban edən qazinin yardımına göz dikirsə, bu cəmiyyətin faciəsidir.
Cəmiyyət alaq otlarından təmizlənməlidir. Bu 30 ildə içimizi təmizləyə bilməmişik, içərimiz çox çirklənib. Qarabağı təmizlədik, indi də içimizi ermənixislət adamlardan təmizləməliyik ki, təhlükələrdən uzaq olaq. Dəfələrlə belə hadisələrin şahidi oluruq.

Hansısa icra başçısı, məmur illərlə Azərbaycanı çapıb-talayır, milyonları ötürür xaricdəki banklara, 3-5 il türmədə istirahətdən sonra, yenə də bildiyini edir. Bunlar ictimaiyyət qarşısında cavab verməlidir.

Hansı nazirin, hansı məmurun övladı gedib müharibədə vuruşdu, ya şəhid oldu? Varsa, birini mənə nümunə göstərin. Hamısı uşaqlarını bir vasitə ilə qaçırıb xaricə. Bir məmurun hansı mənəvi haqqı var ki, qazilərin, şəhid ailələrinin yardımına göz diksinlər?Onların əxlaqı o qədər çikindir ki, belə addım atmalarına heç şübhəm də yoxdur. Onların hansının Vətən müharibəsində bir xidməti oldu? Hamısının yerinə prezidentimiz vuruşdu, verdiyi müsahibələrlə sübut-faktlarla erməni təxribatını ifşa etdi, torpaqları özümüzə qaytardı”.

Cəvahir

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv