!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sibirdə doğulub, Bakını "lərzəyə" salan Simona - FOTOLAR

!Reklam – Yazi

Simona Amirova – bu ad sizə heç nəyi xatırlatmasa da, onun atdığı addım istər mətbuatda, istərsə də sosial şəbəkədə xeyli müzakirə olundu.

Söhbət onun Bakının Xətai rayonunda avtomobilin üstünə çıxıb, rəqs etməsindən gedir. Bu azmış kimi, Simona eyni hərəkəti bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində də təkrarlayıb.

Polis idarəsinə çağırılan rəqqasə əməlindən peşman olduğunu bildirməsə də, bunu təkrarlamayacağını deyib. Çünki bu əmələ görə avtomobilin sahibi ilə yanaşı, rəqqasənin özü də cərimənin nazı ilə oynamalı olacaq.

Maraq üçün bildirək ki, Simona 1988-ci ildə Sibirdə doğulub. 8 yaşında ikən valideynləri ilə birlikdə Azərbaycana köçüb. 20 ildir Bakıda yaşayan Amirova, fasilələrlə Türkiyə və Ukraynanı da özünə məskən seçib. O ki qaldı Simona adına… Bəli, bu, onun öz adıdır.

www.yenicag.az

6061
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv