Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sığorta haqları artacaq

51624İcbari sığorta haqları artırıla bilər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, sığorta şirkətlərinin istəyi ilk növbədə avtomobillərin icbari sığortası ilə bağlı haqların artırılmasıdır. Buna səbəb kimi şirkətlər onu göstərir ki, dolların məzənnəsi artdıqdan sonra avtomobillərin xaricdən gətirilən ehtiyat hissələri bahalaşıb. Buna görə, avtomobillərə dəyən zərərin ödənməsi baha başa gəlir.

Maliyyə Nazirliyi də şirkətlərin bu arqumentini əsaslı sayır. Amma nazir hələ ki, artıma tələsmədiklərini deyir. Məsələ araşdırıldıqdan sonra yaxın vaxtlarda qərar açıqlanacaq.

Sığorta ilə bağlı şikayətlərin artmasına gəlincə, nazir Samir Şərifov bu məsələdə agentlərin müştərilərə yanlış məlumat verməsini xüsusi qeyd etdi.

Agentlər sığorta polisini satmaq üçün müştərini daha böyük zəmanətlər veriləcəyi vədilə şirnikləndirir. Sonda isə bunu almayan müştəri şirkətdən şikayətçi olur.

Məhz bu halın baş verməməsi üçün şirkətlər özləri müştərilərini düzgün maarifləndirməlidir. Nazirliyin onlardan əsas tələbi də budur.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, hər bir kəs bilməlidir ki, sığortaya gedəndə, müəyyən məbləğ ödəyir. “Onun müəyyən risklərini sığortalayırlar. Heç bir şirkət sənin bütün risqlərini tam olaraq sığortalamır. Ona görə, sığorta şirkətilə müqavilə bağlayarkən onun diqqətlə oxuyun. Sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil. Sığorta şirkəti 100 nəfərin hər birindən 10 manat pul topladıqda bir hadisə baş verəndə yığdığı pulun hamısı gedir”, – deyə Samir Şərifov bildirib.

Amma nazir deyir ki, şikayətlər arasında əsassızlarına da rast gəlinir. Bəzi insanlar məqsədli şəkildə fırıldaqçılıq yolu seçir.

“Şahidi olmuşuq ki, bəzi müştərilər düşünülmüş şəkildə sığorta şirkətlərindən pul qoparmaq istəyirlə. Hansı ki, əllərində tutarlı əsasları belə yoxdur. Amma bu cür hallara çox rast gəlinmir” – deyə maliyyə naziri Samir Şərifov bildirib.

Bütün sığorta şikayətlərini araşdırmaq üçün Maliyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Bu komissiya həftənin 3-cü günü saat 17-yə qədər vətəndaşları qəbul edir.

www.yenicag.az

284