!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kiprin Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi – FOTO

!Reklam – Yazi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Şimali Kipr Türk Respublikasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdə olan Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, İnterpress Media Qrupunun rəhbəri Toğrul Allahverdili, Azərbaycanın sevilən sənətçisi, gənc bəstəkar və müğənni Elçin Cəfərov, Azərbaycanlı iş adamı Arif Quliyev və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunu qəbul edib.

Yenicag.az xəbər verir ki, ŞKTR-in Prezident sarayında keçirilən görüşdə Türk dünyasında çoxşaxəli münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edilib, güclənən və təsir imkanları genişlənən Türk Dövlətləri Təşkilatının (TDT) bu kontekstdə fəaliyyətinin səmərəli nəticələr verdiyi diqqətə çatdırılıb.

Həmçinin Şimali Kipr Türk Respublikasının təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən söz açılıb.

Xüsusi vurğulanıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın qurucusu Heydər Əliyevin xidmətlərindən söz açılaraq qeyd edilib ki, Ümummilli Liderin adı tarixə qızıl hərflərlə yazılıb. Onun Azərbaycan və Türk dünyası uğrunda göstərmiş olduğu xidmətlər xatırlanıb.

Bildirilib ki, türk xalqları arasında birliyin, vəhdətin, dostluq və qardaşlığın qorunub saxlanılması kimi mövcud əlaqələr bu gün də məhz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən inkişaf etdirilir.

Görüşdə, həmçinin Türk dövlətlərinin QHT, diaspor, media və mədəniyyət nümayəndələri arasında əlaqələrin sıxlaşdırılmasının vacib olduğu, əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv