Sinan Burhan: “Xalq olaraq birliyimiz onsuz da əbədidir”
“Bu tədbirin əsas məqsədi Türkiyə və Azərbaycan mediası arasında əməkdaşlığı genişləndirməkdir”.
Bunu Yenicag.az-a videomüsahibəsində “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”nda Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan deyib.
O, “iki dövlət, bir millət” ifadəsini bir daha xatırladaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin bu birliyi davam etdirdiyini diqqətə çatdırıb.
“Xalq olaraq birliyimiz onsuz da əbədidir, əsas olaraq indidən sonra sosial, iqtisadi və mədəni olaraq əlaqələri genişləndirmək prioritet məsələdir. Əməkdaşlıqları davam etdirmək istiqamətdə müzakirələr yüksək səviyyədə davam etdirilir”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov