Sinan Oğana qarşı şok “Azərbaycan” ittihamı

media-hightechnic-468x90

1425022292987MHP-dən olan sabiq millət vəkili Sinan Oğan partiyadan ixrac edilməsi üçün irəli sürülən ittihamları açıqlayıb. Türkiyədə keçirilən son parlament seçkilərində namizədliyi irəli sürülməyən eks deputatın sosial şəbəkədəki hesabından açıqladığı səbəblər arasında maraqlı məqamlar var.

Belə ki, Sinan Oğanın açıqladığı 8 ittihamın ikisi Azərbaycan ilə əlaqəlidir. S.Oğan yazır ki, o, 20.02.2015-ci il tarixində Vyanadakı Xocalı və 24 aprel 2015-ci il tarixli, Strasburq Universitetində keçirilən “Erməni soyqırımı yoxdur, Xocalıda Türk Soyqırımı vardır” konfranslarına qatıldığı üçün partiyadan ixrac olunmaq istənilib.

Azərbaycanın milli məsələlərinə hər zaman tərəddütsüz dəstək verən MHP-nin partiya rəhbərliyinə müxalif deputatı Xocalı konfransına qatılmaqda ittiham etməsi ciddi sual doğurmaqdadır. .

Xatırladaq ki, Sinan Oğandan öncə “Ortadoğu” qəzetinin yazarı, MHP liderinə yaxınlığı ilə seçilə Kadir Yıldız bənzər ittihamlarla çıxış etmiş və sabiq deputatı SOCAR tərəfindən maliyyələşməkdə ittiham etmişdi.

Digər “Ortadoğu” yazarı Şükrü Alınaçıq da Sinan Oğanın Azərbaycanla bağlı fəaliyyətini sərt tənqid etmişdi. Qeyd edək ki, K.Yıldızdan fərqli olaraq, Ş.Alınaçıqın mövqeyi sadəcə Oğana deyil, eyni zamanda Azərbaycanın lobbi fəaliyyətinə qarşı olub. Belə ki, Ş.Alınaçıq o yazıda Türk parlamentinin Xocalı soyqırımını tanımaması tərəfdarı olduğunu və bu yöndəki fəaliyyətləti “vətənə xəyanət” saydığını bildirib. Sinan Oğanın paylaşımından görünür ki, partiya içində də “Şükrü Alınaçıqlar” var və MHP-nin ənənəvi Azərbaycan siyasətindən uzaq mövqe tuturlar.

 

Sinan Oğanın paylaşdığı status

45454

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600