“Sindur” əməliyyatının PƏRDƏARXASI: “Hindistan Pakistanın daxildən çökməsində maraqlıdır”

media-hightechnic-468x90

“Hindistanın Pakistanda doqquz hədəfə zərbə endirməsi və “Sindur” (Sindoor) əməliyyatının başladığını elan etməsi nüvə silahına malik bu iki ölkə arasında dördüncü müharibənin başlayacağı ehtimalını daha da artıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

media-212458_dl3msys2tl

Siyasi təhlilçi ötən gündən etibarən Hindistan və Pakistan arasında baş verən hərbi konfrontasiya ilə bağlı fikirlərini bölüşüb.

X. Cəfərli xatırladıb ki, Hindistan və Pakistan müstəqillik qazandıqdan bəri iki ölkə arasında Kəşmir vilayəti və su resurslarına görə rəqabət üç dəfə irimiqyaslı hərbi toqquşmalara səbəb olub:

“Lakin İkinci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı və hər iki ölkənin nüvə silahına sahib olması hərbi münaqişənin böyüməsinin qarşısını alıb. Hindistanla Pakistan arasında müharibənin qarşısını alan dünya nizamı dağıldığı üçün indi vəziyyət təhlükəli xarakter alıb. Digər tərəfdən, Çin və ABŞ kimi iki böyük dövlət bir-biriləri ilə müharibə etmək əvəzinə, proksi qüvvələr üzərindən nüfuz savaşı aparmağa üstünlük vermələri Hindistanla Pakistan arasında müharibə ehtimalın artıran digər amildir. Digər tərəfdən, yeni dünya nizamını öz maraq və mənafelərinə uyğun formalaşdırmağa çalışan böyük dövlətlər bu müharibə maraqlı ola bilərlər”.

Onun sözlərinə görə, hər iki dövlətin nüvə silahına sahib olması çəkindirici amilə çevrilib və buna görə tərəflər böyük müharibədən yayınmağa çalışırlar:

“Pakistanın dərin sosial-iqtisadi böhran yaşaması, eləcə də vətəndaş müharibəsi ehtimalının çox yüksək olması Hindistanı irimiqyaslı müharibədən daha çox Pakistanın daxildən çökməsində maraqlı edir. Təsadüfi deyil ki, Hindistanda siyasətçilər və media bu ilin sonuna kimi Pakistanın 4 yerə bölünəcəyini iddia edirlər. Pakistanın hazırda üzləşdiyi vəziyyət bu iddianın reallıqdan çox da uzaq olmadığını göstərir. Sosial-iqtisadi böhran dərinləşdikcə, mərkəzdənqaçma güclənir. Bu prosesi dəstəkləyən Hindistana isə Pakistanla müharibə maraqlı deyil. İstədiyi müharibə etmədən Pakistanın parçalanması ilə əzəli düşmənini yox etməkdir. Pakistanın bölünmə ehtimalı isə hər ötən gün artır. Ümumiyyətlə, Avrasiyada bir çox dövlətin, o cümlədən Pakistanın gələcəyi böyük şübhə altındadır. Rusiya, İran, İraq, Suriya və Pakistandan hər hansısa birinin bölünməsi “domino effekti” yaradaraq digərlərinin bölünməsinə səbəb olacaq”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600