“Sinovac” vaksini 4 ay sonra təsirini itirir” – Türk həkimlərdən ARAŞDIRMA

Koronavirus əleyhinə “Sinovac” peyvəndinin 4 ay sonra təsirini itirdiyi müəyyənləşdirilib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Türkiyədə Koronavirus Elmi Şurası toplantısından sonra açıqlama verən səhiyyə naziri Fəxrəddin Qoca reanimasiyada koronavirusla mübarizə aparan xəstələrin 90 faizinin ya peyvənd olunmamış, ya da əskik peyvənd olunmuş şəxslər olduğunu qeyd edib.

Bir doza vaksinin qoruyuculuq xassəsinin olmadığını bildirən nazir son dönəmlərdə virusa yoluxanların daha çox 15-45 yaş aralığındakı şəxslər olduğunu vurğulayıb.

Qocanın açıqlamalarından sonra mətbuata danışan həkimlər COVID-19-la bağlı müalicə olunan xəstələrin əksəriyyətinin hər iki doza “Sinovac” vaksinini qəbul etmiş şəxslər olduğunu söyləyiblər.

Yoluxanların önəmli hissəsi”Sinovac” vaksininin hər iki dozasını vurdurduqdan 4 ay sonra koronavirusa yoluxublar.

Həkimlər qeyd edir ki, iki doza “Sinovac” vaksini olunmaq vaksin vurdurmamağa bərabərdir.