Şinzo Abe girovların azad edilməsini tələb edib

media-hightechnic-468x90

55786Yaponiya baş naziri Şinzo Abe İŞİD terror qruplaşması tərəfindən yeni yayımlananan videoda göstərilən iki yapon girovu dərhal azad etməsini tələb edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Şinzo Abe müraciətini yayılan videodan bir neçə saat sonra edib.

Videodakı yaraqlı girov götürülən şəxslərin adlarının Kenzi Qoto və Haruna Aykava olduğunu deyib və Yaponiyanı İŞİD-ə qarşı mübarizədə Qərbi dəstəkləməsini tənqid edib.

Yaponiya hərbi qüvvələri Birləşmiş Ştatların başçılığı ilə İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı 1700-dən çox hava hücumunu həyata keçirən koalisiyaya daxil deyil.

Videoda yaraqlılar Yaponiyadan 200 milyon dollar tələb edib və bu məbləğ verilmədiyi təqdirdə girovların öldürüləcəyi ilə təhdid edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa