“Sionistlər dağıdıcı ildırımı gözləsinlər”

media-hightechnic-468x90

54830İran İnqilab Keşikçilərinin komandiri Muhəmməd Əli Cəfəri İsraili hədələyib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Əli Cəfəri İsrailin Suriyada həyata keçirdiyi əməliyyatda öldürülən 6 Hizbullah üzvü ilə birlikdə həyatını itirən İranlı general Məhəmməd Əli Allahhadi üçün verdiyi başsağlığında İnqilab Keşikçilərinin bölgədə qalacağı mesajını verib:

“İnqilab Keşikçiləri keçmişdə Livan və Fələstin müharibələrində olduğu kimi, fəsad mikrobu olan sionist rejim yıxılana və bölgədən tamamilə yox olana qədər o torpaqlarda mübarizə edən müsəlmanlara dəstəyini davam etdirəcək. Keçmişdə hirsimizə şahid olan sionistlər dağıdıcı ildırımı gözləsinlər”.

Qeyd edək ki, İsrailin, Suriya-İsrail sərhədindəki Kuneytra şəhərində Hizbullaha məxsus avtomobilə endirdiyi hava hücumunda təşkilatın yüksək səviyyəli komandirlərindən Məhəmməd İsa və sabiq Hizbullah komandirlərindən İmad Muğniyənin oğlu Cihad Muğniyən daxil olmaqla 6 təşkilat üzvü öldürülmüşdü.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600