Siqaret alanlardan sənəd tələb ediləcək - YENİ QAYDA

media-hightechnic-468x90

Azərbaycanda satıcı siqaret almaq istəyən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə onun sənədini tələb edəcək.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.

Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa