Şirkət direktoru 34 min manat mənimsəyib – İDDİA

Bakıda şirkətdən külli miqdarda pul mənimsənilib.

Yenicag.az  xəbər verir ki, bu barədə Xətai rayonu Xocalı prospektində yerləşən “Grov GROUP Azerbaijan” MMC-nin hüquqşünası İ.Mahmudov polisə müraciətində bildirib.

Onun sözlərinə görə, şirkətin direktoru E.Əliyev 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvarınadək müddətdə 34 min 647 manat pul mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.