!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sirli Azərbaycanın Abşeron daş yolları, yadplanetlilərin sənət əsəri - Zaur Əliyev yazır

!Reklam – Yazi

Sirli Azərbaycanın Abşeron daş yolları, yadplanetlilərin sənət əsəri (Mədəniyyət nazirliyinin qurbanlarından biri).

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayır. Azərbaycanın sirli məkanları barədə qədim tarixçilər çox yazıblar. Hələ də suallara cavab tapılmayan məkanlardan biri də yaşı 5000 il əvvələ gedib çıxan Abşeron “daş yolları”-dır. Qeyd edim ki, dünyada cəmi iki yerdə belə yol var. Maltada və Azərbaycanda. Bu günə qədər də alimlər niyə bir-birindən uzaq məsafədə yerləşən iki ərazidə eyni və oxşar daş yolların salınması sualına cavab tapa bilmirlər. Bu daş yollar barədə kiçik bir araşdırma aparmaq qərarına gəldim.

Hər bir belə “yol” 5 ilə 50 sm dərinlikdə olan bir neçə xəndəkdən ibarətdir. “Yollar” Hövsan və Türkan kəndləri arasında, Dübəndi, Qala və Suraxanı yaxınlığında yerləşir. Abşeronda daş yollara “araba yolları” deyilsə də, bu yolların araba vasitəsi ilə açılması mümkün deyil: “Bu yollar qayaların üzərində çəkilib. Araba ilə buradan keçsəniz belə yollar açılmaz. Bəzi yerlərdə daş yollarda 2 çızıq, bəzi yerlərdə 3, hətta 5 çızıq keçir. Bəzi yerlərdə daş yolların yarım metrə qədər dərinliyi var.

Azərbaycanda ən qədim məkanlardan olan İçərişəhərdən düz Bakı kəndlərinə və ətraf ərazilərə qədər gizli yollar olmasını yazmışam bir neçə dəfə. Bu gizli yollara getmək üçün dalanlar, döngələr, daş yollar sirli şəkildə bir-birini əvəz edir. İlk dəfə daş yollar barədə 1730-cu ildə Bakıda olmuq akademik Lents danışıb. O, Böyük Zirə adasının (keçmiş Nargin) qayalarını yarıb iz salmış araba yollarını təsvir edib. Onlar suyun içinədək aparırmışlar. Yolun səmtinə görə çox cuman ki, bu yollar Şıx kəndi, yaxud Bakı buxtasının ən cənub nöqtəsi olan Şıx dilinə tərəf uzanırmış.

Burada vaxtilə arxeoloji qrupda olan Abbasqulu ağa Bakıxanov yazır:

“… Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərdə, eləcə də bəzi adalarda dənizə qədər uzanan təkərlərin izlərinin qalıqları qayalarda görünür.” O zaman tədqiqatların və arxeoloji qazıntıların aparılması üçün kifayət qədər müasir avadanlıq və texnika olmadığı üçün Bakıxanov buranı “təkər yolu” kimi qeyd edib. Lakin müasir dövrdə mənbələrin kompyüter vasitəsilə tədqiqi zamanı məlum olur ki, bu yollar elə belə formada salınmayıb. “Daş yollar” adlanan izlərin sonrakı tədqiqatı göstərdi ki, onlar paralel deyil və fərqli dərinliklərə malikdirlər. Və bu yolların sayı beş və daha çox saya çata bilər. Onların çoxu suyun altından keçərək dənizə tərəf yönəldilib. Müasir tədqiqatçıların bildirdiyinə görə sahilə çıxan “yollar” ın dəniz səviyyəsinin yüksəlməsinin nəticəsi olmadığıdır. Bəzilərinin iddiasına görə ki, guya burdan dənizin çəkilməsi zamanı suyun altında olan daşlar yonulub. Lakin bu iddia öz elmi cavabını tapa bilmədi. Onların heç biri on və hətta yüzlərlə metr yol dəlmək kimi bir güclü texnikaya sahib ola bilməzdi. Qədim abşeronlular hələ su altında bunu necə edə bilmişdilər? Digər suallar var – dənizin dibində davam edən yollar haradadır? Aralıq və Xəzər dənizlərini hansı sirlər birləşdirir? Bilgəh və Nardaran arasında Ümid qaya adlanan yerdə iki təkərli araba izlərindən salınmış yollar barədə məşhur tədqiqatçı Sara Aşurbəylinin də qeydlərində oxumaq olar. 20-ci əsrin sonunda Hövsan və Türkan, daha sonra Dübəndi, Qala və Suraxanı tərəflərdə belə yolların kəşfini sensasiya hesab etmək olar. Bu yolların əksəriyyəti dənizə tərəf aparır. Abşerondakı daş yolların Aralıq dənizindəki yollarla çox oxşar olmasını mütəxəssislər artıq təsdiqləyiblər. Bu daş yolların dənizin altına qədər gedib hara qədər uzanmasını necə təyin etmək olar?

Bəzi iddialara görə bu yolları başqa planetdən gələnlə salıblar. Qədim Misirda primadiları tikənlər. Qədimdə bura gələn yadplanetlilər burada öz bazalarını tikib və öz texnikaları üçün bu cürə yollar salmağa məcbur olublar. Buradan dənizaltına və ətraf bölgərə rahat səfər etmək üçün yadplanetlilər bu ərazini mərkəz kimi seçiblər.
Biz bu sirləri çözmək və ərazini dünyanın turizm mərkəzinə çevirmək əvəzinə oranın məmurlar tərəfindən dağıdılmasını görə bilərik. Sanki tariximizə və abidələrimiz düşmən kəsiliblər. Bu qədər laqeydlik nəyə lazıdır axı.

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv