"Siyahıya düşmək üçün şərtlər var " - Tural Abbaslıdan plastik cərrahlarla bağlı AÇIQLAMA

media-hightechnic-468x90

“Sabah məlum olacaq ki, o siyahıya düşməyin də müəyyən şərtləri var”.

Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən yalnız 42 həkim-mütəxəssis siyahısı ilə bağlı fikirlərini səsləndirib.

Partiya sədri bildirib ki, Səhiyyə Nazirliyinin qeyri-ciddi nəzarəti nəticəsində bu sahənin başlı-başına qalmışdı:

“Əvvəllər hər adam 6 ay kurs keçib cərrahiyə əməliyyatına girirdi. Adını plastik cərrahiyə, yaxud korreksiya qoyub faktiki olaraq əməliyyat edirdilər. Bu isə birmənalı olaraq insanların həyatına risk deməkdir. Estetik cəhətdən nə edərlər, necə edərlər ayrı mövzudur, lakin birbaşa olaraq sağlamlığa ziyan idi. Səhiyyə Nazirliyindən mövzu ilə bağlı nə isə soruşduqda “biz nəzarət edə bilmirik”, “biz lisenziya vermirik” deyirdilər. İndi isə siyahıda adların açıqlanması korrekt deyil. Çünki hər bir diplomlu həkimin hüququ var. Bu da deməyə əsas verir ki, kimsə sabah tibb universitetini bitirib cərrahiyyə əməliyyatına girə bilər”.

Onun sözlərinə görə, adların verilməsi digər cərrahların fəaliyyətinin şübhə altına salınması deməkdir:

“İndi özlərinin həkimliyini sübut etməli olacaqlar. Əksinə, icazəsi olmayanlar siyahısı hazırlasalar, daha yaxşı olardı. Yaxud müəllimlər, həkimlər kimi attestasiya edilib sertifikat verilməsi üsulunu bura da tətbiq etmək lazımdır. Hüquq işləməlidir. Siyahı nədir, neçə ay aralığında tənzimlənəcək, hansı şərtlər nəzərə alınıb, kim tərtib edir? Sabah məlum olacaq ki, o siyahıya düşməyin də müəyyən şərtləri var. Qaydalar bilinməli və ona uyğun imtahan verib əməliyyatını etməlidir. Kiminsə ağlına gəlib “ən yaxşısı bunlardır, siyahı hazırlayım, verim, başqalarının yanına getməsinlər” fikri ilə addım atmaq düzgün deyil”.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600