!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyalar üçün HƏLLEDİCİ DÖNƏM: “Sənədlərdəki nöqsanları aradan qaldırıb yenidən...”

!Reklam – Yazi

“Yanvardan iyulun əvvəlinə qədər olan dönəmdə partiyaların bu məsələ üzərində çalışmaları tələb edilirdi”.

Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyatdan keçmə prosesini dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qeydiyyatından imtina olunan partiyalar sənədlərindəki çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət etməlidirlər:

“Əslində, partiyaların fəaliyyətini tənzimləyən yeni qanunvericiliyin qəbulundan sonra siyasi təşkilatlar onların qarşısında dayanan yeni vəzifələrin nədən ibarət olduğunu bildirdilər və işlərini də buna uyğun qurmalı idilər. Yeni qanunun bir çox istiqamətləri olsa da, əlbəttə ki, orada ən əsas müddəalardan biri məhz üzvlərin sayının beş min nəfərə çatdırılması tələbi idi.

Yəni yanvardan iyulun əvvəlinə qədər olan dönəmdə partiyaların bu məsələ üzərində çalışmaları tələb edilirdi. Bununla belə, siyasi camiədə də, cəmiyyətdə də hansı partiyanın bu tələbin öhdəsindən gəlib-gəlməyəcəyinə dair möhkəmlənmiş qənaət mövcuddur.

İndiyə qədər heç bir fəaliyyəti olmayan bəlli partiyaların o qədər üzv toplamaları gözlənilmirdi və belə də oldu. Ancaq qeydiyyatından imtina edilmiş partiyalar üçün bunun son olduğunu düşünmək lazım deyil. Onlara verilən cavablardan belə aydın olur ki, qeydiyyatdan imtina qərarı üzvlərin məlumatlarının düzgün təqdim edilməməsi ilə əsaslandırılıb.

O baxımdan, həmin partiyalar üzvlərin siyahısını yenidən və daha diqqətlə, dəqiq hazırlayıb təqdim etməlidirlər. Bütün məlumatlar düzgün olacağı təqdirdə, onlar niyə qeydiyyata alınmasın ki? Müqayisə aparmaq istərdim ki, QHT sektorundakı təşkilatlar da belə hallarla çox üzləşiblər. Bir QHT-nin qeydiyyat üçün təqdim etdiyi sənədlərin səkkiz-on dəfə geri qaytarılması hallarının şahidi olmuşuq. Lakin Ədliyyə Nazirliyindən bildirilən yanlışlıqlar düzəldikdən sonra onların qeydiyyat məsələsi öz həllini tapıb. İndi partiyalar da sənədlərdəki nöqsanları aradan qaldırıb təkrar müraciət etməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv