Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Siyavuş Novruzov: “Konstitusiyada keçid müddəaları o halda lazım olur ki...” – Özəl

Reklam: Sinerji Pro

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi müxalifətin ölkə Konstitusiyası və mövcud idarəetmə sistemi arasında uyğunsuzluq olmasına dair iddiasını əsassız sayır.

Yeniçağ.Az xəbər verir ki, Mehriban Əliyevanın bu ilin martında ölkənin 1-ci vitse-prezidenti təyin edilməsindən sonra hələlik vakant olan vitse-prezident vəzifələrinə mümkün təyinatlar ətrafında müzakirələr intensivləşib.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Konstitusiya referendumundan sonra strateji dövlət vəzifələrinə həyata keçirilən təyinatların legitimliyini şübhə altına alıb:

“Fikrimcə, Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra ölkənin Əsas Qanunu və indiki idarəçilik arasında ciddi uyğunsuzluq yaranıb. Yəni referendumun nəticələri təsdiqləndikdən sonra Azərbaycanda növbədənkənar prezident və parlament seçkiləri keçirilməli idi. Ancaq bu seçkilər keçirilməsə də, yüksək postlara təyinatlar olur. Bu isə yuxarıda dediyim uyğunsuzluğun, ziddiyyətin göstəricisidir.

Ümumiyyətlə, dediyim məsələlərdə o qədər qarışıqlıq var ki, normal hüqiqi anlamda buna bir izahat vermək də çətindir. Ancaq mən yenə də öz fikrimdə qalıram ki, referendumdan sonra növbədənkənar seçkilər keçirilməli idi. Bu dəyişikliklərlə bağlı keçid müddəaları yoxdursa, o halda seçkilərin keçirilməsi qaçılmazdır ”.

ADP sədrinin bu fikirlərini Yeniçağ.Az-a şərh edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov səslənən iddiaların əsassız olduğunu deyir:

“Belə bir hal yoxdur. Konstitusiyaya edilmiş bu dəyişikliklər referendum yolu ilə qəbul olunub. Bundan sonra artıq istənilən təyinat həyata keçirilə bilər. Yəni o dəyişikliklər qüvvəyə mindiyi üçün həyata keçirilən təyinatlar da tam qanunidir.

Keçid müddəaya gəldikdə isə bilmək lazımdır ki, o müddəalar Konstitusiya tam şəkildə qəbul ediləndə olur. Yəni Konstitusiyaya hər hansı əlavə və dəyişikliklər edildikdə, keçid müddəaya ehtiyac qalmır. Bunlar tamam başqa-başqa məsələlərdir. Yenə deyirəm, hansısa ölkədə yeni Konstitusiya qəbul edilirsə, o zaman keçid normaları da müəyyən olunur. Müxalifətin belə iddialarla çıxış etməsinin səbəbini məndən niyə, özlərindən soruşun”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

618
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100