!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyavuş Novruzov sabiq naziri yıxıb-sürüdü: "Adını çəkmək istəmirəm, buna layiq deyil"

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 2-ci oxunuşu davam etdirilir.

Yenicag.az xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov bəzi həmkarlarının Silahlı Qüvvələr üzərində ictimai nəzarətin təmin olunması haqqında təkliflərinə münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Silahlı Qüvvələr üzərində nəzarət birbaşa olaraq prezidentə tabedir və lazımi vəziyyətdə müəyyən tapşırıqları verməyə qadirdir.

Millət vəkili həmçinin, QHT-lərin və digər ictimai təşkilatların Silahlı Qüvvələrə nəzarətdə iştirakının təmin olunması ilə bağlı olan təkliflərə narazı olduğunu da deyib:

“Əgər belə bir mexanizm yaradılsa, nəzarətdə iştirak edən QHT-lərin peşəkar olub-olmaması məlum deyil.
Çox təəssüf hissi ilə deyə bilərəm ki, hərbi xidmət keçə bilməyənlər avtomatı söküb-yığmaqdan danışır və Silahlı Qüvvələrin necə idarə olunması ilə bağlı öz məsləhətlərini verirlər. Bu hallara isə heç bir halda ehtiyac yoxdur. Çünki ölkə başçısı nəzarəti tam şəkildə həyata keçirir”.

Deputat daha sonra Amerika və digər qərb ölkələrinin analoji təcrübəsi ilə Azərbaycan təcrübəsinin müqayisəsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrin fəaliyyəti, idarə olunması formaları adekvatdır və hazırlanmış qanun layihəsi bugünkü reallıqlara cavab verir.

Qeyd edək ki, digər deputatlar 5 dəqiqə müddətində çıxış etdiyi halda Siyavuş Novruzovun çıxışı 10 dəqiqə davam edib.

Millət vəkili Müdafiə naziri postuna mülki şəxslərin gətirilməsi ilə bağlı olan təkliflərə də iradını bildirib:
“Vaxtilə Müdafiə naziri postuna riyaziyyatçı gətirilmişdi. Adını da məclisə layiq olmadığına görə, çəkmək istəmirəm. Məhz onun təyinatından sonra ölkənin hansı vəziyyətə düşdüyünü də gördük. Buna görə də bu posta mütləq professional hərbçi gətirilməlidir. Mülki şəxsin gətirilməsi ilə bağlı olan təkliflər də qeyri-ciddidir və buna ehtiyac yoxdur”.

Araz Zeynalov

COP29

www.yenicag.az

4000
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv